Azərbaycanda illik inflyasiya niyə hədəf səviyyəsindən kənara çıxıb?

Azərbaycanda illik inflyasiya niyə hədəf səviyyəsindən kənara çıxıb? Ötən gün Dövlət Statistika Komitəsi (DSK) Azərbaycanın istehlak bazarında qiymətlərin dəyişməsi barədə məlumatları açıqladı.
Maliyyə
10 Avqust , 2021 16:17
Azərbaycanda illik inflyasiya niyə hədəf səviyyəsindən kənara çıxıb?

Ötən gün Dövlət Statistika Komitəsi (DSK) Azərbaycanın istehlak bazarında qiymətlərin dəyişməsi barədə məlumatları açıqladı.

Məlum oldu ki, bu ilin yanvar-iyul aylarında ölkədə istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 104,5% təşkil edib.

Başqa sözlə, illik inflyasiya 4,5% olub ki, bu da yanvar-iyun aylarının yekunları ilə müqayisədə 0,2 faiz bəndi çoxdur, eyni zamanda Azərbaycan Mərkəzi Bankının (AMB) müəyyən etdiyi 4%-lik hədəf səviyyəsindən kənardır. Bəs ölkədə qiymət artımı niyə sürətlənir, hansı həddə qədər davam edə bilər və qarşısını almaq üçün nə edilməlidir? "Report" bütün bu məsələlərlə bağıı “İqtisadi Təşəbbüslərə Yardım” İctimai Birliyinin rəhbəri, iqtisadçı-ekspert Azər Mehdiyevin fikirlərini öyrənib.

"Səbəblərdən biri idxal mallarının bahalaşması ola bilər"

Onun sözlərinə görə, ölkədə qiymət artımının sürətlənməsinin səbəblərindən biri idxal mallarının bahalaşması ola bilər: "Son vaxtlar koronavirus (COVID-19) pandemiyasına görə dünyada iqtisadi fəallıq azalıb və qlobal səviyyədə bahalaşma gedir. Son nəticədə Azərbaycanda idxal malları bahalaşıb. Azərbaycanda isə istehlak idxaldan asılıdır. Odur ki, ölkəyə daxil olan malların gömrük qiymətləndirməsi istər-istəməz qiymətlərin artmasını təmin edir”.

"Kredit faizləri yüksəkdir"

Bundan başqa, iqtisadçı-ekspertin fikrincə, Azərbaycanda kredit faizləri hələ də yüksəkdir və bu amil istər-istəməz bahalaşmaya töhfə verir: "Faizlərin azaldılması ilə bağlı uzun müddətdir ki, danışılsa da, ciddi nəticə yoxdur. Digər tərəfdən, AMB dövriyyəyə pul kütləsini buraxmamaqla inflyasiyanın qarşısını almağa çalışır. Ancaq bu, birtərəfli yanaşmadır. İnflyasiyanın əsas səbəblərini aradan qaldırmaq lazımdır".

Son xəbərlər

Orphus sistemi