Bu ilin yanvar-oktyabr aylarında İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 207,6 milyon manat kredit verib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 62,7 % çoxdur.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə illik müqayisədə təxminən 47,3 % azalaraq 109,4 milyon manata, qiymətli kağızlar bazarında istiqraz buraxmaq yolu ilə cəlb olunan vəsait 53,8 % artaraq 200 mln manat olub.
Hesabat dövründə İKZF-yə dövlət büdcəsindən ayrılmış vəsait isə 2 dəfə artaraq 161,2 milyon manat olub.