Azərbaycanda KOB subyektlərinin maliyyə resurslarına tələbatı araşdırılacaq

Azərbaycanda KOB subyektlərinin maliyyə resurslarına tələbatı araşdırılacaq İpoteka və Kredit Zəmanət Fondu kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına və xidmətlərinə tələbatını araşdıracaq.
Maliyyə
3 İyul , 2024 10:43
Azərbaycanda KOB subyektlərinin maliyyə resurslarına tələbatı araşdırılacaq

İpoteka və Kredit Zəmanət Fondu kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına və xidmətlərinə tələbatını araşdıracaq.

“Report” xəbər verir ki, sorğu zamanı proporsionallığın təmin edilməsi, eləcə də bütün iqtisadi rayonları və qeyri-neft sektorunu əhatə etməsi üçün "klaster" seçimi metodundan istifadə ediləcək.

Bu metoda əsasən sorğu edilən sahibkarlıq subyektləri fəaliyyət göstərdiyi iqtisadi sahə, sahibkarlıq subyektinin həcmi (mikro, kiçik, orta), fəaliyyət göstərdiyi region üzrə bölünməli və klaster kimi sahibkarlıq subyektinin fəaliyyət göstərdiyi iqtisadi sahə götürülməlidir.

Son xəbərlər

Orphus sistemi