Azərbaycanda lisenziyasız BOKT ləğv olunur

Azərbaycanda lisenziyasız BOKT ləğv olunur “Solis Kapital" MMC bank olmayan kredit təşkilatı (BOKT) ləğv olunduğunu elan edib.
Maliyyə
25 Fevral , 2022 15:32
Azərbaycanda lisenziyasız BOKT ləğv olunur

“Solis Kapital" MMC bank olmayan kredit təşkilatı (BOKT) ləğv olunduğunu elan edib.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 44 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “Solis Kapital" 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapoitalı BOKT-lar üçün müəyyən edilmiş minimum tələbə uyğun – 300 min manat, qanuni təmsilçisi isə Nazim Əziz oğlu Kərimovdur. Kredit təşkilatı Azərbaycan Mərkəzi Bankından lisenziya almayıb.

Son xəbərlər

Orphus sistemi