Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda muzdla çalışan işçilərin sayı 37,3 min nəfər və yaxud 2,3 % artaraq oktyabrın 1-nə 1 681,6 min nəfər təşkil edib.
"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, 9 ay ərzində iqtisadiyyatın dövlət sektorunda muzdla çalışan işçilərinin sayı 6,9 min nəfər və yaxud 0,8 % azalaraq 908 min nəfərə düşüb, qeyri-dövlət sektorunda muzdla çalışan işçilərin sayı isə 44,2 min nəfər və yaxud 6,1 % artaraq 773,6 min nəfərə çatıb.
Beləliklə, hesabat dövründə muzdlu əmək fəaliyyətində dövlət sektorunun payı 55,6 %-dən 54 %-ə düşüb, özəl sektorun payı isə 44,4 %-dən 46 %-ə çatıb.