Ortamüddətli Xərclər Çərçivəsinin (OMXÇ) tətbiqi və nəticə əsaslı büdcə mexanizminə keçid istiqamətində aparılan islahatlara cəlb olunmuş müvafiq dövlət qurumlarının bu sahədə potensialı və büdcə intizamı lazımi səviyyədə deyil və bunun artırılmasına ehtiyac var.
"Report" xəbər verir ki, bunu Maliyyə Nazirliyinin Aparatının Ortamüddətli Xərclər Çərçivəsinin Hazırlanması Mərkəzinin direktor müavini Rəşad Həsənov "Təhsil sektorunda OMXÇ-in tətbiqi və nəticə əsaslı büdcə mexanizminə keçid" mövzusunda keçirilən seminarda çıxışı zamanı deyib.
"Eyni zamanda pilot bölmələr üzrə aparıcı təşkilatlar tərəfindən təqdim olunan Sektor Strateji Planların, o cümlədən fəaliyyət planlarının müvafiq bölmələrdə xərcləri olan digər büdcə təşkilatlarını əhatə etməməsi bir çatışmazlıqdır. Bundan əlavə Funskional təsnifatın müvafiq pilot bölmələrinə əsaslanan Sektor Strateji Planları, o cümlədən İcmallaşdırılmış Fəaliyyət Planları təhsil, kənd təəsrrüfatı və ətraf mühitin mühafizəsi sektorlarının bütün xərclərini, o cümlədən əsaslı vəsait qoyuluşu və təşkilatların inzibati xərclərini tam əhatə etmir.
Bu sahədə digər problem isə hazırda ənənəvi illik və OMXÇ təqviminin paralel tətbiq edilməsidir", - deyə R.Həsənov əlavə edib