Azərbaycanda ötən il ödənişli xidmətlərdən büdcə daxilolmaları proqnozdan az olub

Azərbaycanda ötən il ödənişli xidmətlərdən büdcə daxilolmaları proqnozdan az olub Dövlət büdcəsinə sair daxilolmalar üzrə 547,4 milyon manat vəsait daxil olub
Maliyyə
10 Fevral , 2021 18:08
Azərbaycanda ötən il ödənişli xidmətlərdən büdcə daxilolmaları proqnozdan az olub

Operativ məlumatlara əsasən, 2020-ci il üzrə dövlət büdcəsinin mədaxili 24 124 milyon manat proqnoza qarşı 24 679,2 milyon manat və yaxud 102,3 % icra olunub ki, bu da 2019-cu illə müqayisədə 461,1 milyon manat və yaxud 1,9 % çoxdur.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, ötən il qeyri-neft sektoru üzrə büdcə daxilolmaları 10 677,2 milyon manat və yaxud 105,4 % icra edilib ki, bu da 2019-cu illə müqayisədə 63,7 milyon manat və yaxud 0,6 % çoxdur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 7 387,2 milyon manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 197,2 milyon manat və yaxud 2,7 % çoxdur.

Həmin vəsaitin 75,6 %-i və yaxud 5 585,1 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşməklə proqnoza nisbətən 185,1 milyon manat və yaxud 3,4 %, 2019-cu illə müqayisədə 153,1 milyon manat və yaxud 2,8 % çoxdur.

Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 3 938,2 milyon manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 108,2 milyon manat və yaxud 2,8 % çoxdur.

Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozlaşdırılmış məbləğdə transfert, yəni 12 200 milyon manat vəsait daxil olub.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 596,1 milyon manat təşkil edib ki, bu da proqnozdan 207,9 milyon manat və yaxud 25,9 % az, 2019-cu illə müqayisədə isə 17,2 milyon manat və yaxud 3 % çoxdur.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti büdcəyə dövlət əmlakının icarəyə verilməsindən daxilomalar üzrə 10,3 milyon manat vəsait təmin edib ki, bu da proqnoza nisbətən 2,3 milyon manat və yaxud 28,8 % çoxdur.

Dövlət büdcəsinə sair daxilolmalar üzrə 547,4 milyon manat vəsait daxil olub.

Son xəbərlər

Orphus sistemi