Azərbaycanda orta aylıq əmək haqqı 1%-ə yaxın azalıb

Azərbaycanda orta aylıq əmək haqqı 1%-ə yaxın azalıb Bu ilin yanvar-may aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əmək haqqı 724 manat təşkil edib.
Maliyyə
15 İyul , 2021 10:42
Azərbaycanda orta aylıq əmək haqqı 1%-ə yaxın azalıb

Bu il iyunun 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,1 min nəfər və yaxud 0,2% azalaraq 1 677,6 min nəfər olub, onlardan 911,6 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 766,0 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, muzdla işləyənlərin 19,7%-i təhsil, 18,6%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,7%-i sənaye, 8,3%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,4%-i tikinti, 6,7%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4%-i nəqliyyat və anbar təsərrüfatı, 3,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 1,7%-i maliyyə və sığorta fəaliyyəti, 13,7%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Bu ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,7% azalaraq 724 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Son xəbərlər

Orphus sistemi