Azərbaycanda ötən il 21 vətəndaşın pozulmuş əmanətçi hüquqları bərpa olunub

Azərbaycanda ötən il 21 vətəndaşın pozulmuş əmanətçi hüquqları bərpa olunub 2021-ci ildə Azərbaycan Mərkəzi Bankına (AMB) istehlakçılar danvə investorlardan ümumilikdə 13 716 müraciət daxil olub.
Maliyyə
5 May , 2022 11:40
Azərbaycanda ötən il 21 vətəndaşın pozulmuş əmanətçi hüquqları bərpa olunub

2021-ci ildə Azərbaycan Mərkəzi Bankına (AMB) istehlakçılardan və investorlardan ümumilikdə 13 716 müraciət daxil olub.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, müraciətlərin 75%-i bank sektoruna, 20%-i sığorta sektoruna, 5%-i kapital bazarları sektoruna və digər istiqamətlərə aid olub.

Daxil olmuş vətəndaş müraciətləri araşdırılıb və bir çox məsələ öz həllini tapıb. O cümlədən “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli fərmana uyğun hesablanmış kompensasiya məbləğlərinin bir hissəsi kimi 8 579 manat məbləğində vəsaitin 9 vətəndaşa geri qaytarılması təmin edilib, AMB-yə müraciət etmiş 21 vətəndaşın pozulmuş əmanətçi hüquqları bərpa olunub.

Eyni zamanda, 52 vətəndaşın müraciəti üzrə Mərkəzləşdirilmiş kredit reyestrinə səhv təqdim edilmiş məlumatlarda dəyişiklik edilməsi üçün zəruri tədbirlər görülüb. Bununla yanaşı 2021-ci il üzrə ümumilikdə 1.5 milyon manat məbləğdən çox sığorta ödənişinin zərərçəkmiş şəxslərə ödənilməsinə nail olunub.

Kapital bazarları üzrə 45 inzibati xəta haqqında protokol tərtib edilib. Dövr ərzində AMB-nin şəhər telefon nömrələrinə, eyni zamanda “966” qaynar xəttinə daxil olmuş 49 352 zəng operativ cavablandırılıb. AMB öz hüquqlarının müdafiəsi üçün müraciət etmiş 347 vətəndaşla görüşlər keçirib, "Whatsapp" xidmətinə daxil olan 870 müraciət cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi