Azərbaycanda ötən il inflyasiya 2,8 % olub

Azərbaycanda ötən il inflyasiya 2,8 % olub 2020-ci ildə Azərbaycanda istehlak qiymətləri indeksi 2019-cu illə müqayisədə 102,8 % təşkil edib.
Maliyyə
13 Yanvar , 2021 10:23
Azərbaycanda ötən il inflyasiya 2,8 % olub
0 : 00
0 : 00

2020-ci ildə Azərbaycanda istehlak qiymətləri indeksi 2019-cu ilə nisbətən 102,8%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105%, qeyri-ərzaq məhsulları üzrə 101,3%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 101% təşkil edib.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən dekabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,8%, əvvəlki ilin dekabr ayına nisbətən isə 102,6% olub. O cümlədən ay ərzində ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,8%, əvvəlki ilin dekabr ayına nisbətən isə 104,5% təşkil edib.

Dekabrda noyabra nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox artım unun, qarabaşaq yarmasının, makaronun, spagettinin, təzə balığın, pasterizə olunmamış üzlü südün, yoqurtun, brınza pendirinin, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, bananın, armudun, heyvanın, narın, xurmanın, üzümün, qozun, fındığın, xiyarın, bibərin, badımcanın, çuğundurun, göy lobyanın, kartofun, soğanın, sarımsağın, şəkərin, şəkər tozunun, meyvə şirəsinin, azalma isə əsasən mal ətinin, dondurulmuş balığın, limonun, portağalın, naringinin, almanın, kivinin, şabalıdın, pomidorun, yerkökünün qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Ay ərzində qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1%, əvvəlki ilin dekabr ayına nisbətən 101,2% təşkil edib. Ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100%, əvvəlki ilin dekabr ayına nisbətən 101,1% olub.

Son xəbərlər

Orphus sistemi