2021-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsi.ndə istehlakçılara 22931,1 milyon manatlıq, o cümlədən 12379,4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 10551,7 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
Bu barədə “Report”a Statistika Komitəsindən bildirilib. 2020-ci ilin yanvar-iyul ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,6 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,4 %, qeyri-ərzaq malları üzrə 2,8 % artıb.
Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:
Məhsul qruplarının adları |
Satışdan gəlir, milyon manatla |
2020-ci ilin yanvar-iyul aylarına nisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi |
22 931,1 |
102,6 |
o cümlədən: |
||
ərzaq məhsulları |
11 176,2 |
102,5 |
içkilər və tütün məmulatları |
1 203,2 |
100,7 |
toxuculuq məhsulları, geyim və ayaqqabılar |
3 152,7 |
102,4 |
elektrik malları və mebellər |
1 193,7 |
101,0 |
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları |
193,9 |
118,6 |
əczaçılıq məhsulları və tibbi ləvazimatlar |
505,4 |
131,3 |
avtomobil benzini və dizel yanacağı |
1 393,5 |
103,1 |
digər qeyri-ərzaq malları |
4 112,5 |
100,3 |
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,7 %-i ərzaq məhsullarının, 5,3 %-i içkilər və tütün məmulatlarının, 13,8 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 %-i avtomobil benzini və dizel yanacağının, 5,2 %-i elektrik malları və mebellərin, 2,2 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,9 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
2021-ci ilin yanvar-iyul aylarında istehlak mallarının dəyər ifadəsində 27,6 %-i ticarət müəssisələri, 49,5 %-i fərdi sahibkarlar tərəfindən, 22,9 %- isə bazar və yarmarkalarda satılıb. 2020-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 22,7 %, fərdi sahibkarlar üzrə 0,5 % artmış, bazar və yarmarkalarda isə 11 % azalıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 327,2 manatlıq, o cümlədən 176,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 150,6 manatlıq qeyri-ərzaq malları alıb.