2021-ci ildə Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 44,2 milyard manatlıq, o cümlədən 24 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 20,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, 2020-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,2 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,5 %, qeyri-ərzaq malları üzrə 3,9 % artıb.
Hesabat ilində əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:
Məhsul qruplarının adları |
Satışdan gəlir, milyon manatla |
2020-ci ilə nisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi | 44 217,5 | 103,2 |
o cümlədən: | ||
ərzaq məhsulları | 21 743,6 | 102,8 |
içkilər və tütün məmulatları | 2 287,8 | 100,3 |
toxuculuq məhsulları, geyim və ayaqqabılar | 6 809,0 | 102,0 |
elektrik malları və mebellər | 2 278,3 | 101,5 |
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları | 439,7 | 123,2 |
əczaçılıq məhsulları və tibbi ləvazimatlar | 952,0 | 124,8 |
avtomobil benzini və dizel yanacağı | 2 494,3 | 103,9 |
digər qeyri-ərzaq malları | 7 212,8 | 103,0 |
Hesabat ilində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 54,3 %-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 15,4 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,6 %-i avtomobil benzini və dizel yanacağının, 5,2 %-i elektrik malları və mebellərin, 2,2 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,3 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
2021-ci ildə istehlak mallarının dəyər ifadəsində 26,3 %-ni ticarət müəssisələri, 52,2 %-ni fərdi sahibkarlar, 21,5 %-ni isə bazar və yarmarkalar satıb. 2020-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 19,6 % artıb, fərdi sahibkarlar üzrə 1,5 %, bazar və yarmarkalarda 2,1 % azalıb.
Hesabat ilində pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 367,8 manatlıq, o cümlədən 199,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 167,9 manatlıq qeyri-ərzaq malları alıb.