Azərbaycanda pərakəndə ticarət dövriyyəsi cüzi artıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi cüzi artıb Elektron ticarət dövriyyəsi ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 2,4 dəfə çox olub.
Maliyyə
11 Dekabr , 2020 12:22
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi cüzi artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 35 046,3 milyon manatlıq, o cümlədən 18 851,8 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 16 194,5 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,4%, o cümlədən qeyri-ərzaq malları üzrə 6% azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3,1% artıb. Elektron ticarət dövriyyəsi ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 2,4 dəfə çox olub.

Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:

Məhsul qruplarının adları Satışdan gəlir, milyon manatla 2019-cu ilin yanvar - noyabr aylarına nisbətən, faizlə
Pərakəndə ticarət dövriyyəsi 35 046,3 98,6
o cümlədən:
ərzaq məhsulları 17 082,6 103,3
içkilər və tütün məmulatları 1 769,2 100,3
toxuculuq məhsulları, geyim və ayaqqabılar 5 728,6 87,8
elektrik malları və mebellər 1 957,1 93,2
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları 286,8 105,6
əczaçılıq məhsulları və tibbi ləvazimatlar 644,7 141,9
avtomobil benzini və dizel yanacağı 1 869,1 97,8
digər qeyri-ərzaq malları 5 708,2 95,5

2020-ci ilin yanvar-noyabr aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,7%-i ərzaq məhsullarının, 5,1%-i içkilər və tütün məmulatlarının, 16,4%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,6%-i elektrik malları və mebellərin, 5,3%-i avtomobil benzini və dizel yanacağının, 1,8%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,3%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə istehlak məhsullarının dəyər ifadəsində 23,2%-i ticarət müəssisələri, 53,4%-i fərdi sahibkarlar tərəfindən, 23,4%-i isə bazar və yarmarkalarda satılıb. 2019-cu ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7,7%, fərdi sahibkarlar üzrə 4,3% artıb, bazar və yarmarkalarda isə 18,5% azalıb.

Bu ilin yanvar-noyabr aylarında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 319,3 manat və ya 2019-cu ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 3,3 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 171,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 147,5 manatlıq qeyri-ərzaq malları alıb.

Son xəbərlər

Orphus sistemi