Azərbaycanda pərakəndə ticarət dövriyyəsi cüzi azalıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi cüzi azalıb Bu ilin yanvar-aprel aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 12milyard manatlıq, o cümlədən 6,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Maliyyə
17 May , 2021 12:16
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi cüzi azalıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 12milyard manatlıq, o cümlədən 6,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 0,1 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,2 % artmış, qeyri-ərzaq malları üzrə isə 2,3 % azalıb.

Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:

Məhsul qruplarının adları

Satışdan gəlir,

milyon manatla

2020-ci ilin yanvar-aprel

aylarına nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi 12 023,0 100,1
o cümlədən:
ərzaq məhsulları 5 890,8 102,4
içkilər və tütün məmulatları 713,0 100,5
toxuculuq məhsulları, geyim və ayaqqabılar 1 645,8 100,3
elektrik malları və mebellər 579,1 97,5
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları 86,9 102,7
əczaçılıq məhsulları və tibbi ləvazimatlar 283,7 139,6
avtomobil benzini və dizel yanacağı 736,1 100,2
digər qeyri-ərzaq malları 2 087,6 91,2

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 49%-i ərzaq məhsullarının, 5,9%-i içkilər və tütün məmulatlarının, 13,7%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1%-i avtomobil benzini və dizel yanacağının, 4,8%-i elektrik malları və mebellərin, 2,4%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,4%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

2021-ci ilin yanvar-aprel aylarında istehlak mallarının dəyər ifadəsində 27,5%-i ticarət müəssisələri, 49%-i fərdi sahibkarlar tərəfindən, 23,5%-i isə bazar və yarmarkalarda satılıb. 2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 15,1%, fərdi sahibkarlar üzrə 1,7% artıb, bazar və yarmarkalarda isə 15,4% azalıb.

Hesabat dövründə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 300,4 manatlıq, o cümlədən 165 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 135,4 manatlıq qeyri-ərzaq malları alıb.

Son xəbərlər

Orphus sistemi