Azərbaycanda problemli kreditlər azalıb

Azərbaycanda problemli kreditlər azalıb Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il yanvarın 1-nə 893,1 milyon manat təşkil edib.
Maliyyə
26 Yanvar , 2021 16:45
Azərbaycanda problemli kreditlər azalıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il yanvarın 1-nə 893,1 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il dekabrın 1-i ilə müqayisədə 3,2 % azdır.

Problemli kreditlər son 1 ildə isə 29,8 % azalıb.

2020-ci ilin sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 6,1% təşkil edib. Bu nisbət ötən il noyabrın sonuna 6,3% 2019-cu ilin sonuna isə 8,3% olub.

Son xəbərlər

Orphus sistemi