Bu il fevralın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 583,8 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2023-cü ilin yanvarın 1-i ilə müqayisədə 1,7 % azdır.
Ölkədə problemli kreditlərin məbləği son 1 ildə isə 17,4 % azalıb.
Bu il yanvarın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 2,9 % təşkil edib. Bu nisbət dekabrın sonuna 2,9 %, 2022-ci ilin yanvarın sonuna isə 4,1 % olub.