Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il oktyabrın 1-nə 871,1 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, sentyarın 1-i ilə müqayisədə 3,7% azdır.
Problemli kreditlər ilin əvvəlinə nisbətən 2,5%, son 1 ildə isə 18,6% azalıb.
Sentyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 5,5% təşkil edib. Bu nisbət avqustun sonuna 5,8%, ötən ilin sonuna 6,1%, ötən il sentyabrın sonuna isə 7,2% olub.