Azərbaycanda Rusiya rublunun məzənnəsi 4 illik fasilədən sonra 3 qəpiyi keçib

Azərbaycanda Rusiya rublunun məzənnəsi 4 illik fasilədən sonra 3 qəpiyi keçib Azərbaycan Mərkəzi Bankı 4 illik fasilədən sonra Rusiya rublunun rəsmi məzənəsini 0,03 manatdan yüksək müəyyən edib.
Maliyyə
25 May , 2022 09:54
Azərbaycanda Rusiya rublunun məzənnəsi 4 illik fasilədən sonra 3 qəpiyi keçib

Azərbaycan Mərkəzi Bankı 4 illik fasilədən sonra Rusiya rublunun məzənnəsini 0,03 manatdan yüksək müəyyən edib.

"Report"un məlumatına görə, bu günə 1 rubl 0,0307 manata bərabərdir.

Sonuncu dəfə rublun məzənnəsi 2018-ci il martın 6-da 3 qəpikdən yüksək (0,0301 manat) müəyyən olunub.

Xatırladaq ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra qonşu ölkəyə qarşı tətbiq olunmuş kəskin sanksiyalar fonunda bu ölkənin milli valyutası kəskin dəyər itirib. Rusiya Bankının (Mərkəzi Bank) və Maliyyə Nazirliyinin inzibati nəzarət alətləri nəticəsində rublun məzənnəsi müharibədən əvvəlki səviyyəyə qaytarılıb.

Son xəbərlər

Orphus sistemi