Azərbaycanda sair qeyri-vergi daxilolmaları üzrə proqnoz 6 %-ə yaxın azaldılır

Azərbaycanda sair qeyri-vergi daxilolmaları üzrə proqnoz 6 %-ə yaxın azaldılır Gələn il Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 185,55 milyon manatının və yaxud 0,5 %-nin sair qeyri-vergi daxilolmalarının payına düşəcəyi proqnozlaşdırılır.
Maliyyə
16 Oktyabr , 2024 14:43
Azərbaycanda sair qeyri-vergi daxilolmaları üzrə proqnoz 6 %-ə yaxın azaldılır

Gələn il Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 185,55 milyon manatının və yaxud 0,5 %-nin sair qeyri-vergi daxilolmalarının payına düşəcəyi proqnozlaşdırılır.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 5,6 % azdır.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 316 milyon manat, büdcə xərclərinin isə 41 milyard 367,6 milyon manat olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi