Azərbaycanda satmaq öhdəliyilə kirayə üçün mənzil fondunun dəyəri 22% artıb

Azərbaycanda satmaq öhdəliyilə kirayə üçün mənzil fondunun dəyəri 22% artıb ​​​​​​​Bu il yanvarın 1-nə sözügedən rəqəm 243,635 milyon manat olub
Maliyyə
12 May , 2021 12:30
Azərbaycanda satmaq öhdəliyilə kirayə üçün mənzil fondunun dəyəri 22% artıb

Bu il yanvarın 1-nə İpoteka və Kredit Zəmanət Fondunun satmaq öhdəliyi ilə kirayə üçün mənzil fondunun dəyəri 243,635 milyon manat olub.

“Report” bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 21,5% çoxdur.

2020-ci ilin sonuna satmaq öhdəliyi ilə kirayə üçün mənzil fondunun dəyəri Fondun aktivlərində xüsusi çəkisi 13,7% təşkil edib. Bu nisbət 2019-cu ilin sonuna 14,3% olub.

Son xəbərlər

Orphus sistemi