Azərbaycanda sosial müdafiə xərcləri 62 % artırılır

Azərbaycanda sosial müdafiə xərcləri 62 % artırılır 2024-cü ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 521 milyon manatı və yaxud 1,4 %-i sosial müdafiə xərclərinin payına düşəcək.
Maliyyə
16 Oktyabr , 2023 12:47
Azərbaycanda sosial müdafiə xərcləri 62 % artırılır

2024-cü ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 521 milyon manatı və yaxud 1,4 %-i sosial müdafiə xərclərinin payına düşəcək.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 62,3 % çoxdur.

Sosial müdafiə xərcləri sosial müdafiə və sosial təminat xərclərinin 11,5 %-ni təşkil edəcək.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 34 milyard 173 milyon manat, büdcə xərclərinin isə 36 milyard 763 milyon manat olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi