Azərbaycanda soyadın, adın və ata adının dəyişdirilməsinin qeydə alınması üçün dövlət rüsumu 10 manatdan 15 manata dəyişdirilir.
“Report” xəbər verir ki, bu, “Dövlət rüsumu haqqında” qanuna təklif olunan dəyişikliklərdə öz əksini tapıb.
Bundan başqa, müvafiq qanun layihəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydlərində dəyişikliklərin, düzəlişlərin və əlavələrin edilməsi və onların bərpası ilə əlaqədar şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu 2 manatda 3 manata dəyişdirilir.