Azərbaycanda vergi daxilolmaları 75 % artıb

Azərbaycanda vergi daxilolmaları 75 % artıb Bu ilin yanvar-mart aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxiolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 74,8 % artaraq 4 milyard 899,5 milyon manat təşkil edib.
Maliyyə
6 Aprel , 2023 10:51
Azərbaycanda vergi daxilolmaları 75 % artıb

Bu ilin yanvar-mart aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 74,8 % artaraq 4 milyard 899,5 milyon manat təşkil edib.

"Report" xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov "Tviter" hesabında bildirib.

Onun sözlərinə görə, rüblük vergi daxilolmalarının 2 milyard 618 milyon manatı qeyri-neft-qaz sektorunun hesabına formalaşıb. Bu isə 1 il əvvələ nisbətən 16,4 % çoxdur.

"Fiskal gəlirlərdə əhəmiyyətli artımlar iqtisadiyyatımızın dayanıqlığını gücləndirir", - deyə nazir qeyd edib.

Son xəbərlər

Orphus sistemi