Bu ilin yanvar-aprel aylarında Azərbaycanda xaricilər bank kartları vasitəsi ilə 686,3 milyon manatlıq əməliyyat aparıblar.
“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nda bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 dəfə çoxdur.
Təkcə aprel ayında isə əcnəbilərin kartla xərcləmələri 136,6 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 4,8 dəfə çoxdur.