Bu günə İpoteka və Kredit Zəmanət Fondu 31 770 borcalana 1 657,349 milyon manat məbləğində ipoteka krediti verib.
“Report” Fonda istinadən xəbər verir ki, bu, yanvarın 1-nə nisbətən müvafiq olaraq 1% və 1,05% çoxdur.
Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 231,27 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verib, 508 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib. Bunlar isə aylıq müqayisədə müvafiq olaraq eyni və 23% (95 mənzil) çoxdur.