Azərbaycanda "Yaşıl Kart" üzrə sığorta bazarı 25 % böyüyüb

Azərbaycanda "Yaşıl Kart" üzrə sığorta bazarı 25 % böyüyüb 2022-ci ildə Azərbaycanda "Yaşıl Kart" satmaq hüququna malik olan sığorta şirkətləri 22 187 müqavilə bağlayıb, 3 milyon 18 min 594 manat sığorta haqqı toplayıb.
Maliyyə
6 Mart , 2023 12:17
Azərbaycanda Yaşıl Kart üzrə sığorta bazarı 25 % böyüyüb

2022-ci ildə Azərbaycanda "Yaşıl Kart" satmaq hüququna malik olan sığorta şirkətləri 22 187 müqavilə bağlayıb, 3 milyon 18 min 594 manat sığorta haqqı toplayıb.

"Report" bu barədə İcbari Sığorta Bürosuna istinadən xəbər verir.

Məlumata görə, bunlar, 2021-ci illə müqayisədə müvafiq olaraq 37,15 % və 24,6 % çoxdur.

Beləliklə, ötən il hər "Yaşıl Kart"a düşən sığorta haqqı 136 manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 9,2 % azdır.

Son xəbərlər

Orphus sistemi