"Bakı Fond Birjası" QSC bu ilin yanvar ayında üzvlərinin dövriyyəsi üzrə renkinqi açıqlayıb.
"Report" Birjaya istinadən xəbər verir ki, renkinqə 1 242 327 134 manatlıq göstərici ilə "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC başçılıq edir.
Növbəti yerlərdə 308 608 838 manatla “BTB Kapital İnvestisiya Şirkəti” ASC, 199 855 184 manatla “Unicapital İnvestisiya Şirkəti” ASC, 162 586 914 manatla "Xalq Kapital İnvestisiya Şirkəti" QSC, 154 741 451 manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 66 388 197 manatla "ABB-İnvest İnvestisiya Şirkəti" QSC, 62 789 946 manatla “İnvest-AZ İnvestisiya Şirkəti" QSC, 18 184 437 manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC və 5 668 120 manatla “MFX Trading İnvestisiya Şirkəti” ASC qərarlaşıb.
№ |
İnvestisiya şirkətləri |
Əməliyyatların həcmi, AZN |
1 |
Paşa Kapital |
1 242 327 134 |
2 |
BTB Kapital |
308 608 838 |
3 |
Unicapital |
199 855 184 |
4 |
Xalq Kapital |
162 586 914 |
5 |
AzFinance |
154 741 451 |
6 |
ABB-İnvest |
66 388 197 |
7 |
İnvest-Az |
62 789 946 |
8 |
PSG Kapital |
18 184 437 |
9 |
MFX Trading |
5 668 120 |
10 |
Plato Capital and Co. |
- |