Bu ay Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 188,5 milyon ABŞ dolları məbləğində satış olub.
“Report” bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 74,1% azdır.