Bu ilin sentyabr ayında Azərbaycandan Gürcüstana 7,43 milyon ABŞ dolları məbləğində pul köçürülüb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Bankından bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni ayı ilə müqayisədə 3,7 dəfə çoxdur. Ötən ay Gürcüstana xarici ölkələrdən daxil olan vəsaitlərdə Azərbaycanın payı 3,85% olub.
Hesabat ayında Gürcüstandan Azərbaycana pul köçürmələri isə illik müqayisədə təxminən 23% artaraq 1,6 milyon dollara bərabər olub.
Sentyabrda Gürcüstana xarici ölkələrdən 192,7 milyon dollar (28,7% artım), Gürcüstandan xarici ölkələrə isə 25,1 milyon dollar (22,4% artım) pul köçürülüb.