Azərbaycanın 19 sığortaçısının məcmu xalis mənfəəti 20% artıb

Azərbaycanın 19 sığortaçısının məcmu xalis mənfəəti 20% artıb “Meqa Həyat Sığorta” istisna olmaqla, qalan 19 sığorta şirkətinin məcmu xalis mənfəəti 80,933 milyon manatdır
Maliyyə
6 Aprel , 2021 09:51
Azərbaycanın 19 sığortaçısının məcmu xalis mənfəəti 20% artıb

Azərbaycan Mərkəzi Bankından bu il lisenziya almış “Meqa Həyat Sığorta” ASC istisna olmaqla, ölkədə fəaliyyət göstərən 19 sığorta şirkətinin 2020-ci ildə məcmu gəlirləri 907,71 milyon manat təşkil edib.

“Report” xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 33,6% çoxdur.

Ötən il sığortaçıların məcmu xərcləri isə 36,3% artaraq 803,186 milyon manat olub. Şirkətlərdən 14-nün gəlirləri, 14-nün isə xərcləri artıb. 1 şirkət – “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC isə əvvəlki il bazarda olmadığı üçün onun gəlir və xərclərinin, eləcə də digər maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.

2020-ci ilin yekununda sığortaçıların məcmu maliyyə mənfəəti 104,523 milyon manat olub ki, bu da əvvəlki illə müqayisədə 15,8% çoxdur. 10 şirkətdə maliyyə mənfəəti artıb, 6 şirkətdə maliyyə mənfəəti azalıb, 2019-cu ildə maliyyə zərərinə uğramış 2 şirkət isə 2020-ci ildə maliyyə mənfəəti əldə edib.

Ötən il sığorta şirkətləri 23,591 milyon manat məbləğində mənfəət vergisi ödəyib. Bu, əvvəlki ilə nisbətən 4,2% çoxdur. 18 şirkətdən 11-i vergi ödənişlərini artırıb, 4-ü vergi ödənişlərini azaldıb, əvvəlki il vergi ödəməmiş 3 şirkət ötən il də vergi ödəməyib.

2020-ci ildə Azərbaycan sığortaçılarının məcmu xalis mənfəəti isə 80,933 milyon manat olub. Bu da 2019-cu illə müqayisədə 19,7% çoxdur. Ötən il maliyyə mənfəətini artırmış 10 şirkət həm də xalis mənfəətini artırıb. Maliyyə mənfəəti azalmış 6 şirkətin həm də xalis mənfəəti azalıb, 2019-cu ili zərərlə başa vurmuş 2 şirkət isə 2020-ci ili mənfəətlə başa vurub.

Son xəbərlər

Orphus sistemi