Azərbaycanın Auditorlar Palatası ICAP ilə fəaliyyət planı hazırlayacaq

Azərbaycanın Auditorlar Palatası ICAP ilə fəaliyyət planı hazırlayacaq Azərbaycanın Auditorlar Palatası Pakistanın İmtiyazlı Mühasiblər İnstitutu (ICAP) ilə konkret sahələr üzrə qarşılıqlı razılaşdırılmış fəaliyyət planı hazırlayacaq.
Maliyyə
1 Dekabr , 2023 12:14
Azərbaycanın Auditorlar Palatası ICAP ilə fəaliyyət planı hazırlayacaq

Azərbaycanın Auditorlar Palatası Pakistanın İmtiyazlı Mühasiblər İnstitutu (ICAP) ilə konkret sahələr üzrə qarşılıqlı razılaşdırılmış fəaliyyət planı hazırlayacaq.

“Report” xəbər verir ki, bunu Pakistanın İmtiyazlı Mühasiblər İnstitutunun prezidenti Məhəmməd Əli Lətif təmsil etdiyi qurumla Azərbaycanın Auditorlar Palatası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanmasına dair tədbirdə deyib.

Onun sözlərinə görə, artıq ilkin məsləhətləşmələrdən sonra çirkli pulların yuyulması və audit sahəsində keyfiyyətin yüksəldilməsi məsələləri üzrə əməkdaşlıq edilməsi müəyyən olunub.

"ICAP bu günə kimi İngiltərə və Uels İmtiyazlı Mühasiblər İnstitutu, Avstraliya və Yeni Zelandiya İmtiyazlı Mühasiblər İnstitutu və Kanadanın İmtiyazlı Peşəkar Mühasibləri kimi çox məhdud sayda qurumlarla memorandum imzalayıb. Azərbaycanın Auditorlar Palatası ilə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalamağımız həmin qurumun peşəkarlığından dəlalət edir. Bu əməkdaşlığın nəticəsi kimi Azərbaycanın özəl və dövlət sektorlarına peşəkar xidmət göstərən Pakistan audit şirkətlərini görməyi səbirsizliklə gözləyirik. Bu, Azərbaycana qabaqcıl brend şirkətlərin üzvü olan peşəkar təşkilatlarımızın təcrübəsindən yararlanmaq imkanı verəcək",- deyə M. Lətif qeyd edib.

Son xəbərlər

Orphus sistemi