Azərbaycanın bank sektorunun 14 milyard manat likvid aktivləri var

Azərbaycanın bank sektorunun 14 milyard manat likvid aktivləri var Bu il yanvarın 1-nə Azərbaycanın bank sektorunun likvid aktivləri 13,9 milyard manat olmaqla sektorun aktivlərinin 33,1%-ni təşkil edib.
Maliyyə
9 Mart , 2022 16:49
Azərbaycanın bank sektorunun 14 milyard manat likvid aktivləri var

Bu il yanvarın 1-nə Azərbaycanın bank sektorunun likvid aktivləri 13,9 milyard manat olmaqla sektorun aktivlərinin 33,1%-ni təşkil edib.

"Report"un xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Sənəddə deyilir ki, sektorun ani likvidlik əmsalı 61,6% təşkil etməklə minimum tələbi (30%) 2 dəfədən çox üstələyib.

Likvid aktivlərin 51,1%-i (4,2 mlilyard ABŞ dolları) xarici valyutada olub. Likvid aktivlərin strukturu isə belədir. Nostro hesablarda 32%-i (4,4 milyard manat), dövlət qiymətli kağızlarında 21%-i (3 milyard manat), Azərbaycan Mərkəzi Bankındakı müxbir hesablarda 34%-i (4,7 milyard manat) və nağd vəsaitlərdə 13%-i (1,8 milyard manat).

Son xəbərlər

Orphus sistemi