Azərbaycanın bank sektorunun aktivləri 1 % artıb

Azərbaycanın bank sektorunun aktivləri 1 % artıb Bu, ötən il aprelin 1-i ilə müqayisədə 0,9% çoxdur
Maliyyə
21 Aprel , 2021 17:16
Azərbaycanın bank sektorunun aktivləri 1 % artıb

Bu il aprelin 1-nə Azərbaycanın bank sektorunun aktivləri 32 521,4 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il aprelin 1-i ilə müqayisədə 0,9% çoxdur.

Bankların aktivlərinin 13 189,6 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 4,1% kiçilib, kreditlərin aktivlərdəki payı isə 42,7%-dən 40,6%-ə düşüb.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 0,7% artaraq 27 672,0 milyon manata, o cümlədən depozit portfeli 2,3% artaraq 21 050,5 milyon manata çatıb. Bunun 8 012,8 milyon manatı fiziki, 13 037,7 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 1,8% azalıb, şirkətlərin banklardakı vəsaitləri isə 4,9% artıb.

Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə təxminən 5,9% artaraq 371,4 milyon manat olub.

Sektorun balans kapitalı isə 2,3% artaraq 4 849,4 milyon manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi