Azərbaycanın bank sektorunun aktivləri 10 % artıb

Azərbaycanın bank sektorunun aktivləri 10 % artıb Bu il avqustun 1-nə Azərbaycanın bank sektorunun aktivləri 33 milyard 668,1 milyon manat təşkil edib
Maliyyə
25 Avqust , 2021 10:54
Azərbaycanın bank sektorunun aktivləri 10 % artıb

Bu il avqustun 1-nə Azərbaycanın bank sektorunun aktivləri 33 milyard 668,1 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il avqustun 1-i ilə müqayisədə 10,4 % çoxdur.

Bankların aktivlərinin 13 milyard 757,6 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 6,6 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 42,3 %-dən 40,9 %-ə düşüb.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 11,8 % artaraq 28 milyard 899,7 milyon manata, o cümlədən depozit portfeli 18 % artaraq 22 milyard 849,3 milyon manata çatıb. Bunun 8 milyard 439,5 milyon manatı fiziki, 14 milyard 409,8 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 10 %, şirkətlərin banklardakı vəsaitləri isə 23,2 % artıb.

Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 2,9 % azalaraq 371 milyon manat olub.

Sektorun balans kapitalı isə 2,4 % artaraq 4 milyard 768,4 milyon manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi