Bu il oktyabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 43 milyard 633,4 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il oktyabrın 1-i ilə müqayisədə 26,4 % çoxdur.
Bankların aktivlərinin 17 milyard 990,4 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 25,7 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 41,5 %-dən 41,2 %-ə düşüb.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 29,1% artaraq 38 milyard 288,3 milyon manata, o cümlədən depozit portfeli 32,7 % artaraq 31 milyard 373,7 milyon manata çatıb. Bunun 10 milyard 993 milyon manatı fiziki, 20 milyard 380,7 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 26,9 %, şirkətlərin banklardakı vəsaitləri isə 36 % artıb.
Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 26,9 % azalaraq 270,9 milyon manat olub.
Sektorun balans kapitalı isə 9,7 % artaraq 5 milyard 345,1 milyon manat təşkil edib.