Azərbaycanın bank sektorunun aktivləri 3 % azalıb

Azərbaycanın bank sektorunun aktivləri 3 % azalıb Bu il fevralın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 31 944,8 milyon manat təşkil edib
Maliyyə
23 Fevral , 2021 12:48
Azərbaycanın bank sektorunun aktivləri 3 % azalıb

Bu il fevralın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 31 944,8 milyon manat təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 % azdır.

Bankların aktivlərinin 13 064,1 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 4,3% kiçilib, kreditlərin aktivlərdəki payı isə 41,6%-dən 40,9%-ə düşüb.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 3,5% azalaraq 27 224,1 milyon manata, o cümlədən depozit portfeli 6,3% azalaraq 20 288,5 milyon manata düşüb. Bunun 8 079,6 milyon manatı fiziki, 12 208,9 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 4,1%, şirkətlərin banklardakı vəsaitləri isə 7,8% azalıb.

Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 8,9% artaraq 374,1 milyon manat olub.

Sektorun balans kapitalı isə 1,6% artaraq 4 720,7 milyon manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi