Azərbaycanın bank sektorunun aktivləri 5 % artıb

Azərbaycanın bank sektorunun aktivləri 5 % artıb Bu il yanvarın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 49 milyard 178,2 milyon manat təşkil edib.
Maliyyə
16 Yanvar , 2024 10:01
Azərbaycanın bank sektorunun aktivləri 5 % artıb

Bu il yanvarın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 49 milyard 178,2 milyon manat təşkil edib.

“Report” xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 4,5 % çoxdur.

Bankların aktivlərinin 21 milyard 844,7 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 18,5 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 39,2 %-dən 44,4 %-ə qalxıb.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 4,1 % artaraq 43 milyard 114,8 milyon manata, o cümlədən depozit portfeli 2,3 % artaraq 34 milyard 550,1 milyon manata, balans kapitalı isə 7,85 % artaraq 6 milyard 063,4 milyon manata çatıb.

Son xəbərlər

Orphus sistemi