Azərbaycanın bank sektorunun aktivləri 7 % artıb

Azərbaycanın bank sektorunun aktivləri 7 % artıb Bu il iyunun 1-nə Azərbaycanın bank sektorunun aktivləri 49 milyard 147,5 milyon manat təşkil edib.
Maliyyə
27 İyun , 2024 10:39
Azərbaycanın bank sektorunun aktivləri 7 % artıb

Bu il iyunun 1-nə Azərbaycanın bank sektorunun aktivləri 49 milyard 147,5 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən il iyunun 1-i ilə müqayisədə 7 % çoxdur.

Bankların aktivlərinin 23 719,9 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 22,1 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 42,3 %-dən 48,3 %-ə qalxıb.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 6,8 % artaraq 42 817,8 milyon manata, o cümlədən depozit portfeli 6,6 % artaraq 34 835,2 milyon manata çatıb. Bunun 13 399,5 milyon manatı fiziki, 21 435,7 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı saitləri 10,3 %, şirkətlərin banklardakı vəsaitləri isə 4,4 % artıb.

Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 2,3 dəfə azalaraq 47,1 milyon manat olub.

Sektorun balans kapitalı isə 8,4 % artaraq 6 329,7 milyon manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi