Azərbaycanın bank sektorunun aktivləri 8 % artıb

Azərbaycanın bank sektorunun aktivləri 8 % artıb Bu il sentyabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 33 426,7 milyon manat təşkil edib.
Maliyyə
22 Sentyabr , 2021 11:53
Azərbaycanın bank sektorunun aktivləri 8 % artıb

Bu il sentyabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 33 426,7 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il sentyabrın 1-i ilə müqayisədə 7,6 % çoxdur.

Bankların aktivlərinin 13 981,9 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 7,8 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 41,7%-dən 41,8%-ə qalxıb.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 8,6 % artaraq 28 613 milyon manata, o cümlədən depozit portfeli 16,25 % artaraq 22 749,7 milyon manata çatıb. Bunun 8 400,2 milyon manatı fiziki, 14 439,5 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 8,2 %, şirkətlərin banklardakı vəsaitləri isə 21,55 % artıb.

Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 2,9% azalaraq 370,9 milyon manat olub.

Sektorun balans kapitalı isə 2,1% artaraq 4 813,7 milyon manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi