Azərbaycanın bank sektoru bu ilin yanvar-oktyabr aylarında 913,7 milyon manat xalis mənfəət əldə edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 % çoxdur.
10 ay ərzində bankların əməliyyat gəlirləri 4 milyard 607,3 milyon manat (1 il əvvələ nisbətən 16,7 % çox), əməliyyat xərcləri 3 milyard 159,2 milyon manat (24,5 % çox), xüsusi ehtiyatlara ayırmaları 325 milyon manat (21,1 % çox), gözlənilməz gəlirləri 4,5 milyon manat (73,1 % çox), mənfəət vergisi ödəmələri isə 213,9 milyon manat (10,05 % az) təşkil edib.