Azərbaycanın bank sektoru bu ilin yanvar-may aylarında 273,2 milyon manat xalis mənfəət əldə edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,1% azdır.
5 ay ərzində bankların əməliyyat gəlirləri 1 169,3 milyon manat (1 il əvvələ nisbətən 10,1% çox), əməliyyat xərcləri 743,8 milyon manat (9,8% çox), xüsusi ehtiyatlara ayırmaları 101,7 milyon manat (22,6 dəfə çox), gözlənilməz gəlirləri 0,1 milyon manat (10 dəfə çox), mənfəət vergisi ödəmələri isə 50,6 milyon manat (23% az) təşkil edib.