Azərbaycanın bank sektorunun xalis mənfəəti 47% artıb

Azərbaycanın bank sektorunun xalis mənfəəti 47% artıb Azərbaycanın bank sektoru bu ilin yanvar-fevral aylarında 107,7 milyon manat məbləğində xalis mənfəət əldə edib.
Maliyyə
18 Mart , 2022 12:08
Azərbaycanın bank sektorunun xalis mənfəəti 47% artıb

Azərbaycanın bank sektoru bu ilin yanvar-fevral aylarında 107,7 milyon manat məbləğində xalis mənfəət əldə edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 47,3% çoxdur.

2 ay ərzində bankların əməliyyat gəlirləri 538,9 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 25,4 % çox), əməliyyat xərcləri 368,4 milyon manat ( 31,2 % çox), xüsusi ehtiyatlara ayırmaları 33,3 milyon manat (44,2% az), mənfəət vergisi ödəmələri isə 29,5 milyon manat (82,1 % çox) təşkil edib.

Son xəbərlər

Orphus sistemi