Azərbaycanın bank sektorunun xalis mənfəəti 5 % azalıb

Azərbaycanın bank sektorunun xalis mənfəəti 5 % azalıb Azərbaycanın bank sektoru bu ilin yanvar-iyul aylarında 408,9 milyon manat xalis mənfəət əldə edib.
Maliyyə
25 Avqust , 2021 10:55
Azərbaycanın bank sektorunun xalis mənfəəti 5 % azalıb

Azərbaycanın bank sektoru bu ilin yanvar-iyul aylarında 408,9 milyon manat xalis mənfəət əldə edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 % azdır.

7 ay ərzində bankların əməliyyat gəlirləri 1 milyard 672,5 milyon manat (1 il əvvələ nisbətən 12,8 % çox), əməliyyat xərcləri 1 milyard 078,6 milyon manat (14,85 % çox), xüsusi ehtiyatlara ayırmaları 113,8 milyon manat (5,5 dəfə çox), gözlənilməz gəlirləri 0,1 milyon manat (dəyişməyib), mənfəət vergisi ödəmələri isə 71,9 milyon manat (24,55 % az) təşkil edib.

Son xəbərlər

Orphus sistemi