Azərbaycanın bank sektoru bu ilin yanvar-avqust aylarında 437,7 milyon manat xalis mənfəət əldə edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,3% azdır.
8 ay ərzində bankların əməliyyat gəlirləri 1 693,5 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 1,55% az), əməliyyat xərcləri 1 074,8 milyon manat (2,35% az), xüsusi ehtiyatlara ayırmaları 74,2 milyon manat (41,2% az), mənfəət vergisi ödəmələri isə 106,9 milyon manat (2 dəfə çox) təşkil edib.