Bu ilin yanvar-may aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 9 735,2 milyon manat, xərcləri isə 9 366,3 milyon manat təşkil edib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 7,5 % və 0,3 % azdır.
Son nəticədə büdcədə 368,9 milyon manat qalıq yaranıb. Xatırladaq ki, yanvar-aprel aylarının yekununda büdcə qalığı 706,6 milyon manat olmuşdu.