Azərbaycanın dövlət büdcəsinin profisiti 10 % azalıb

Azərbaycanın dövlət büdcəsinin profisiti 10 % azalıb Bu ilin yanvar-may aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 16 milyard 5,9 milyon manat, xərcləri isə 13 milyard 472,9 milyon manat təşkil edib.
Maliyyə
14 İyun , 2024 10:05
Azərbaycanın dövlət büdcəsinin profisiti 10 % azalıb

Bu ilin yanvar-may aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 16 milyard 5,9 milyon manat, xərcləri isə 13 milyard 472,9 milyon manat təşkil edib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 14,6 % 20,9 % çoxdur.

Son nəticədə 5 ayda büdcədə 2 milyard 533 milyon manat profisit yaranıb. Bu isə 1 il əvvələ nisbətən 10,1 % azdır.

Son xəbərlər

Orphus sistemi