Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsinin satınalma (tender) xərcləri 4 918,8 milyon manat təşkil edib.
“Report” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,2% çoxdur.
Bununla belə, satınalma xərcləri proqnoza nisbətən 5,9% az icra edilib və illik proqnozun 47%-ni təşkil edib.