2023-cü ildə Azərbaycanın icmal büdcəsinin gəlirləri 50 milyard 343,6 milyon manat, xərcləri isə 40 milyard 313,8 milyon manat təşkil edib.
“Report” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bunlar, 2022-ci illə müqayisədə müvafiq olaraq 16,8 % və 14,9 % çoxdur, proqnozdan isə müvafiq olaraq 16,9 % çox və 2,3 % azdır.
Son nəticədə icmal büdcədə 10 milyard 29,8 milyon manat profisit yaranıb ki, bu da 1 il əvvələ nisbətən 5,6 dəfə çoxdur.