Azərbaycanın iştirakı ilə IMF yeni regional inkişaf mərkəzi yaratdı

Azərbaycanın iştirakı ilə IMF yeni regional inkişaf mərkəzi yaratdı Beynəlxalq Valyuta Fondu Qafqaz, Mərkəzi Asiya, Monqolustan Regional Ponensialın İnkişafı Mərkəzini (CCAMTAC) təsis edib
Maliyyə
2 Fevral , 2021 15:06
Azərbaycanın iştirakı ilə IMF yeni regional inkişaf mərkəzi yaratdı

Beynəlxalq Valyuta Fondu (IMF) Qafqaz, Mərkəzi Asiya, Monqolustan Potensialın İnkişafı Regional Mərkəzini (CCAMTAC) təsis edib.

“Report” IMF-ə istinadən xəbər verir ki, təşkilatla yanaşı, üzv ölkələr olan Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan, Türkmənistan, Özbəkistanın, habelə inkişaf tərəfdaşlarının müştərək layihəsi olan CCAMTAC-ın maliyyələşdirilməsində tərəfdaşlardan İsveçrə, Koreya Respublikası, Polşa, Asiya İnkişaf Bankı (ADB) ilk iştirak edənlərdir.

“Fiziki baxımdan yerləşdiyi Almatı şəhərində fəaliyyətə başlayanadək virtual formatda açılacaq olan bu mərkəz iqtisadi siyasətin hazırlanmasında, təsisatların inkişaf etdirilməsində region ölkələrilə IMF-in çalışmalarının daha da genişlənməsində mühüm vasitədir”, - Fondun açıqlamasında qeyd olunur.

IMF-in bütövlükdə 17 regional potensialın inkişaf mərkəzindən biri olan CCAMTAC IMF idarəçi direktoru Kristalina Georgiyeva ilə Qazaxıstan Milli Bankının sədri Erfbolat Dosayev arasında 14 dekabr 2020-ci il tarixli anlaşma məktubuna əsasən yaradılıb. Mərkəzin Əlaqələndirmə Komitəsinin yanvarın 28-də keçirilən ilk iclasında mərkəzin fevral ayında açılacağı qərarlaşdırıldı, ilk aylarda fəaliyyət proqramı təsdiqləndi. CCAMTAC-da çalışacaq 7 uzunmüddətli müşavirin səlahiyyətləri aşağıdakı sahələri əhatə edəcək:

  • Makroiqtisadi təhlil
  • Vergi və gəlir siyasəti
  • Pul-kredit və maliyyə sektoru
  • Makroiqtisadi statistika.

Son xəbərlər

Orphus sistemi