Azərbaycanın maliyyə naziri BVF və Dünya Bankının illik toplantısında iştirak edəcək

Azərbaycanın maliyyə naziri BVF və Dünya Bankının illik toplantısında iştirak edəcək Azərbaycanın maliyyə naziri Samir Şərifov Beynəlxalq Valyuta Fondunun (BVF) və Dünya Bankının (DB) illik toplantısında iştirak etmək üçün ABŞ-da səfərdədir.
Maliyyə
14 Oktyabr , 2022 20:15
Azərbaycanın maliyyə naziri BVF və Dünya Bankının illik toplantısında iştirak edəcək

Azərbaycanın maliyyə naziri Samir Şərifov Beynəlxalq Valyuta Fondunun (BVF) və Dünya Bankının (DB) illik toplantısında iştirak etmək üçün ABŞ-da səfərdədir.

“Report”un yerli bürosu xəbər verir ki, S.Şərifov ölkəmizin Vaşinqtondakı səfirliyini ziyarət edib, fövqəladə və səlahiyyətli səfir Xəzər ibrahimlə görüşüb.

Görüşdə nazir və səfir müxtəlif məsələlər ətrafında ikitərəfli müzakirələr aparıblar.

Samir Şərifov səfər çərçivəsində ikitərəfli və çoxtərəfli görüşlərdə iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi